BAKI, 20 mart. TELEQRAF

Türkiyəli məşhur rejissor Osman Sınav vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

69 yaşında vəfat edən rejissor uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, O. Sınav “Kurtlar vadisi”, “Acı hayat”, “Deli yürek”, “Sen anlat Karadeniz”, “Ekmek teknesi” kimi məşhur serialların rejissoru olub.