Rəqqasə Oksana Rəsulova Hindistanda məşhur rejissorun filminə çəkiləcək.
Onun Teleqraf.com-a açıqlamasına görə, Hindistanda çəkiləcəyi filmin çəkilişi apreldə başlayır: "Martın 18-də Hindistana qayıdıram. Bakıya "Şər qarışanda" filminin təqdimatına görə gəlmişəm. Apreldən Hindistanda filmə çəkilməyə başlayıram. Ekran əsərində yeni aktyorlar çəkiləcək. Yalnız baş rolun ifaçısı tanınmış aktyordur. Obrazım maraqlı və çətindir. Filmin ssenari müəllifi və rejissoru Maxeş Bxattdır. Ona görə çəkilməyə razılaşdım".
Rəqsanə