Teleqraf.com Sənəm Gülün şeirlərini təqdim edir:
Tülkünün soyqırımı
Hər gün girib bir hinə
Soxularaq hər tinə
Toyuqları ovlayıb
Gör salıram nə günə
Qırıb toyuq-cücəni
Gğzləyirəm gecəni
Yaşamağa qoymuram
Hətta körpə cücəni
Qısılanda quyruğum
Tezcə gəlir buyruğum
Girib küncə-bucağa
Törədirəm soyqırım.
Soraq edib elləri,
Cəlb elədim kimləri.
Fitnə-fəsadlarımdan
Yarandı qan gölləri.
Ermənidən fərqim yox,
Mənim tək tülkülər çox,
Dünyanın naz-nemətin,
Yesəm də oluram tox.
İşlədib bir siyasət
Neylədim, gör, nəhayət.
Eyləyib yer üzündə
Ən yeni bir cinayət.
Üz tutaraq Denisə
Dönürəm Kent Devisə
Əldə saxta soyqırım
Döndərirəm devizə.
Sanıram ki, haqlıyam
Mən onlara bağlıyam.
Qanla tüğyan eyləyən
Naqislərin oğluyam.
Töküb nahaq qanları,
Alaraq çox canları,
Qətliamla qırmışam,
Müqəddəs insanları.
Gör necə bir caniyəm
Hər şeyə biganəyəm.
Tökdüyüm bu qanlara
Bəlkə də çox qaneyəm.
Xocalı soyqırımı
Qarlı, çovğunlu bir gündə,
Doxsan iki tarixində,
Fevral ayı şahid oldu,
Xocalıda soyqırıma.
Zülmət, qaranlıq gecəydi,
BTR-lər kəndə girdi.
Tırtırlarla fərman verdi,
Xocalıda soyqırıma.
Qadın, kişi bilinmədi,
Körpələr qanda inlədi,
Meşə yolu qan ağladı,
Xocalıda soyqırıma.
Odlar yurdu od ağladı,
Öz yurdunda budaqlandı.
Çoxlu insan məruz qaldı,
Xocalıda soyqırıma.
Xocavəndi, Xankəndimiz,
Zəngilan və Qubadlımız
Axdı gözlərdən yaşımız
Xocalıda soyqırıma
Kəlbəcər, Ağdam talandı
Qarabağ oda qalandı
Şuşa, Laçın tapdalandı
Xocalıda soyqırıma
Daşnaqüstün, Qınçaqistlər
“Asala”çı terroristlər
Gizlicə plan cızdılar.
Birlikdə fərman verdilər
Xocalıda soyqırıma.
Qərənfil
Tarixin köksündə sinə dağlayan
Qanlı meydanlarda matəm saxlayan.
Şəhidlər qanından qana boyanan
Qanlı meydanlarda soldun, qərənfil.
Hansı bağçalardan dərdilər səni,
Hansı gülşənlərdən üzdülər səni
Xoşbəxt günlərindən aldılar səni
Matəm güllərinə döndün, qərənfil.
Təzəcə açılmış qönçə güllərin
Bizə xatırladır qəmli günləri.
Günahsız məhv olan yüzlər, minləri
Səcdəyə qapılan gülsən, qərənfil.
Boynun bükülübsə, boynunu əymə
Şəhid oğulların xətrinə dəymə
Tökülən qanlara çox da üzülmə
Sən də şəhid oldun, şəhid, qərənfil.
Bir zaman şad idin toyda-düyündə
Sənlə xoşnud idi bəy də, gəlin də.
Fərizə İlham tək sevənlərin də
Vüsal həsrətilə soldun, qərənfil.
Dərdli ürəklərdə bir fəryad oldun
Şəhid məzarlarda saraldın-soldun
Sən də öz adınla bir çələng hördün
Şəhidlər köksündə yatdın, qərənfil.
Azadlıq qurbanı oldun, qərənfil.
Azərbaycan əsgərləri
Vətən torpağıdır sənin qeyrətin,
Qoru sən onu hər zaman mətin.
Başının üstündə üçrəngli bayraq,
Zəfərlər sənə olmasın çətin.
İşğalçılardan alıb öcünü,
Sən haqq yolunda göstər gücünü,
Qurtar xalqını sən bu zillətdən,
Hünərlər göstər ey vətən oğlu.
Azad edib sən bu torpağı,
Qoyma yurdunda qala bir yağı,
Şərəflə daşıyıb milli bayrağı,
Xoşbəxt gələcəyə apar sən onu.
Eşidib hər an xalqın səsini
Dinlə sən onun hər kəlməsini
Qalibiyyətlə gedərək öndə
Həvəslə oxu zəfər nəğməsini
Çalıb qələbə zəfərin
Gedin şərəflə irəli
Azərbaycan əsgəri, Azərbaycan əsgəri.
Qəlbində böyük inadla
Gələcəyə bax ümidlə
Azərbaycan əsgəri, azərbaycan əsgəri.