Xalq artisti İlhamə Quliyeva səhhətində yaranan problemlə əlaqədar bir müddətdir ki, “Neftçilər” xəstəxanasında müalicə olunur.
Sənət dostları xalq artistini tək qoymayıblar və xəstəxanada ziyarət ediblər. Bu barədə Teleqraf.com-a müğənni Füruzə İbadova məlumat verib: “Dünən İlhamə xanımı xəstəxanada ziyarət etdik. Üzü şişib və böyrəyinin birində problem yaranıb. Dünəndən özümə gələ bilmirəm. İnsanlığa lənət olsun. Köməkçisi İlhamə Xanımı pis vəziyyətə salıb. Allah tezliklə şəfa versin!”
Rəqsanə