Alim Qasımov bir ailədə iki insanın tanınmasından danışıb.
Xalq artisti Teleqraf.com-a açıqlamasında bunları deyib: “Əlbəttə, bir nəfərə nisbətən iki nəfərin tanınmaq məsuliyyəti daha böyükdür. Qızım üç uşaq anasıdır. Bu vəziyyətdə sənətkar olmaq, ailənin yükünü daşımaq qadın üçün çox çətindir. Onun çətinliyini görürəm. Bir-birimizi başa düşə-düşə sənətimizlə məşğuluq və musiqimizi tamaşaçılarımıza təqdim edirik”.
Rəqsanə