Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristofer Van Damm həyat yoldaşı, azərbaycanlı pianoçu Suada Hacızadə ilə bağlı paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Malibuda istirahət edən Kristofer Van Damm İnstaqramda həyat yoldaşının istirahətdən çimərlik geyimində fotosunu paylaşaraq "Səni sevirəm", - deyə yazıb.

Qeyd edək ki, cütlük 2021-ci ildə Azərbaycanın İstanbuldakı Baş konsulluğunda ailə qurublar.