Aktrisa Vilma Elles üçüncü dəfə ana olmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, aktrisa bu haqda sosial media hesabında məlumat verib.

"Ailəmizi böyüdəcəyimiz üçün çox xoşbəxtik! Milat və Melodiyə qardaş gözləyirik", - deyə o vurğulayıb.

Qeyd edək ki, aktrisa vəkil Mehmet Şah Çeliklə ikinci dəfə evlənib. Onun ilk nikahından iki övladı var.