Türkiyənin məşhur sənətçisi Ajda Pekkan Etilerdə məkanların birindən çıxarkən görüntülənib.

Teleqraf.com xəbər verir ki, 77 yaşlı Ajda Pekkan media nümayəndələrinin sualına "Mən sizinlə danışmıram", - deyərək etirazını bildirib.

Sənətçi daha sonra jurnalistlərin təkidlə Sarıyerdəki villasını sataraq Taylanddan 25 min dollara gənclik iksiri gətirməsi ilə bağlı mətbuatda əksini tapan xəbərə “Nəyiniz var, Allah xatirinə! Mən heç nə demirəm, belə suallar soruşduğunuz üçün sizə müsahibə vermirəm”, - sözlərilə sərt reaksiya göstərib.