Türkiyənin Muğla şəhərində turist səfəri üçün havaya qalxan girokopter mühərrikində nasazlıq yarandığı üçün tarlaya məcburi eniş edib.
Teleqraf.com xəbər verir ki, girokopter sərt eniş zamanı zeytun ağaclarına çırpılaraq dayanıb.
Hadisə zamanı müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sandal xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti qənaətbəxşdir.