“Gülüstan” sarayında prezident İlham Əliyevin dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilib.

Teleqraf.com xəbər verir ki, ziyafət zamanı xalq artisti Azərin “Çırpınırdı Qara dəniz” mahnısını ifa edib.

Azərinin ifasını prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan ayaq üstə alqışla qarşılayıblar.