Xalq artisti Aftandil İsrafilovun səhhətində ağır olaraq qalır.

Bu haqda Teleqraf.com-a xalq artistinin qızı Həcər xanım məlumat verib: "Atamın səhhətində hər hansı müsbət dəyişiklik yoxdur. Vəziyyəti ağır, stabildir. Reanimasiyadadır".

Qeyd edək ki, Aftandil İsrafilov Dövlət Təhlükəsizlik Xidməti hospitalının xəstəxanasındadır. Onun 81 yaşı var.