Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Mahsun Kırmızıgül bu sözləri yazıb:

"Zəlzələnin həqiqəti budur, Qərbdə qohumu yaşayanlar və maddi vəziyyəti yaxşı olanlar zəlzələ bölgəsindən acılarla birlikdə getdilər. Geridə yoxsul və evlərini gözləyən insanlar narahatlıq və qorxularıyla baş-başa qalıblar. Burdakı insanların sizə ehtiyacı var".