Aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı, müğənni Doğuşa etirazını bildirib.

Teleqraf.com xəbər verir ki, buna səbəb Doğuşun oğlu iddia edilən 22 yaşlı Seyidin Bakıya anası ilə gəlmək istəyi olub.

Xoşqədəm Hidayətqızı bu sözləri deyib: "Anasını götürüb bura gəlir. Bu düzgündürmü?! Hələ anasını gözləyirəm. Demişdi ki, anası ölüb. O, mənim oğlumdu, anasını niyə gətirir?!"

Doğuş isə həyat yoldaşına cavab olaraq "Övlad övladdır. Anasını xatırlamıram belə...", - deyə cavab verib.

Qeyd edək ki, Doğuş ilə Xoşqədəmin əkiz övladları var. Seyidin isə DNT analizi verilib.