Türkiyə mediası aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı, müğənni Doğuşun oğlu olduğu iddia edilən 22 yaşlı Seyid adlı gəncdən yazıb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin "Takvim Gazetesi"ndə Seyidin Doğuşa çox bənzədiyi və DNT analizi verdiyi vurğulanıb.

Hətta Seyidin Doğuşun əsl atası olması iddiası ilə məhkəməyə müraciət elədiyi də qeyd olunub.

Daha sonra bildirilib ki, Doğuş Azərbaycanda yaşayır, həyat yoldaşı Xoşqədəm Hidayətqızıyla yüksək reytinqli "Günaydın Azərbaycan" verilişinə aparıcılıq edir.

Qeyd edək ki, Doğuş 2014-cü ildə Xoşqədəm Hidayətqızıyla ailə qurub. Onun bu nikahından Arda və Arın adlı əkiz övladı var. Doğuşun ilk evliliyi 2006-cı ilə Şeyma Uygun ilə olub.