Türkiyəli müğənni Karsu sabah Bakıya gəlir.

Teleqraf.com xəbər verir ki, Karsu şəxsi İnstaqram səhifəsində Azərbaycanla bağlı paylaşım edib.

"Ay qız" xalq mahnımızı səsləndirən ifaçı video paylaşımında bu sözləri yazıb: "Salam Azərbaycan, xəyalım olan konserti verməyə gəlirəm. Noyabrın 18-də Heydər Əliyev Sarayında möhtəşəm bir gecə yaşayacağıq. Hamımız birlikdə səbirsizliklə o zamanı gözləyirik".

Qeyd edək ki, konsertin xüsusi qonaqları qismində müğənnilər Etibar Əsədli və Ələfsər Rəhimov da çıxış edəcək.