Müğənni Aysun İsmayılova sosial şəbəkədə prodüser Tarix Əliyevin paylaşımına yazdığı şərhlə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Aysun İsmayılova bu sözləri yazıb: "Yaxşı kişi qadına əl qaldırmaz. Qadına gücü, kişiliyi döyərək göstərmirlər, qadını yaxşı saxlamaqla, onu xoşbəxt etməklə göstərirlər. O ki qaldı səhvə, "səhvi olanda bir şillə vurmaq olar" nə deməkdir?! Bəs, siz kişilərin səhvi olanda qadın nə etsin? İş orasındadır ki, indi elə zəmanədəyik, səhvi olmadan ailəni saxlayan qadınlar da döyülüb-söyülür. Bu mövzu mənim yaralı yerimdir, danışsam çox danışacam. Yaxşısı budur susum. Qadına şiddətə yox!"
Bu sözlər ifaçının Eşqin Cəlilovdan şiddət görməsi iddialarına səbəb olub.
Qeyd edək ki, Aysun İsmayılova yaxın günlərdə həyat yoldaşı Eşqin Cəlilovdan boşanıb.