Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Aysun İsmayılova İnstaqramda hekayə bölümündə video paylaşaraq onu ittiham edənlərə cavab verib:
"İki gündür ki, sosial şəbəkələrdən mənə yazırlar ki, "kopyacı"san. Camaatın mahnısını oğurlamısan. Söhbət "Yazsın mənə" mahnısından gedir. Bu mahnını İrəm Dəricidən götürüb, oxumamışam. Mahnının söz və musiqisi Zülfi Bədəlova aidir. Mən mahnını 2017-ci ildə, bir il öncə isə İrəm Dərici oxuyub. Mahnı səhnəyə ilk çıxışım idi, ona klip də çəkə bilməmişdim. O ki qaldı, icazəm olmadan İrəm Dərici o mahnıyı oxuya bilməzdi. Bəli, ona mən icazə vermişəm.
Sadəcə o zaman fotosessiya və çəkiliş xoşuma gəlmədiyi üçün mahnını yutubdan silmişəm və 9 ay əvvəl toy mərasimlərinin birindən paylaşım etmişəm. Yəni ki, boşuna öz millətinizi niyə tapdalayırsınız!? Ağıllılar deməsin ki, İrəm Dərici icazə almalıydı, bu icazə vermədən oxuya bilməzdi. Bəli, o bu mahnını oxuya bilməzdi. Çünki mahnını pulsuz oxumamışdım. Başqa müğənni də mahnımı oxuyacaqsa, xərclədiyim pulu mənə ödəməlidir ki, ifa etsin. Bu hər yerdə də belədir".