"Zaur Baxşəliyev dostumuzdur. Niyə də ATV kanalına rəhbər seçilməsin?!. Vəzifədə yüksəlmə olmalıdır. Yalnız Azərbaycandadır ki, on il bir yerdə işləyirsən, eyni vəzifədə qalırsan. Zaur Baxşəliyevdən artıq adam ATV-yə rəhbər gələcək?!. O, 25 ildir ki, Azad Azərbaycan televiziyasının əsas simasıdır".

Teleqraf.com xəbər verir ki, bu sözləri prodüser Tarix (Tolik)Əliyev İnstaqramda canlı yayım açaraq deyib.

O, Tik-Tok sosial platormasında Zaur Baxşəliyevin həbs edilməli olduğu ilə bağlı yayılan xəbərə də münasibət bildirib:

"Boş-boş danışmayın. Zauru heç kim həbs etməyəcək. Kim həbs edəcək!? Uşaqdır? Hə şər-böhtan atan adama.... Dövlət bilmir nə var, nə yox?!. 20 ildir ki, Azərbaycan televiziya məkanında işləyir. Problemi olmayıb. Bankların qarşısında kamera var. O hesablara pul gəlib, bir manat hara çıxarılıb? Dövlət hamısını yazır. Hamı indi Zaurun adıyla özünə xal qazanmaq istəyir. Zaur elədikərinin mində birini etməmisiz. Zaur öz cibindən etməməlidir, axı, Acun Ilıcalı deyil. Görün onun nə qədər biznesi var. Zaurun o qədər biznesi olsa, niyə axşam saat 23:00-da final yağının sponsurluğu ilə piroq bişirsin?!. O da qazandığını kasıb insanlara verir. Acun Ilıcalının milyonu, təyyarəsi var".

Prodüser müğənnilər haqqında da danışıb: "Manıs tayasından, ikiüzlü, yaltaq manıslardan bezmişəm. Xalqımın yanında olaram, düzdür, pullar yığıb kimisə, axtarmayacam. Mən bunu bacarmaram".