
Aparıcı Zaur Baxşəliyev aparıcılıq etdiyi "Zaurla günaydın" verilişində açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Zaur Baxşəliyev həyat yoldaşına "arvad" deyə müraciət edənləri dəstəklədiyini deyib: "Ailənin yaxşı olması hörmətdən asılıdır. Görkəm baxımımda hər şey yaxşı görünə bilər. Kənardan baxırsan ki, oğul-qız, ər-arvad var. Bir model olaraq kənardan yaxşı görsənir. Onu da deyim ki, ər-arvad sözündən niyə xoşları gəlmir?! Üzeyir Hacıbəyov "Ər və arvad" operettasını yazıb. Deyirlər ki, "arvad" demə! "Arvad" sözü var da..."
Qeyd edək ki, Zaur və Günay cütlüyünün iki övladı var.