Aparıcı Zaur Baxşəliyev ATV-nin prezidenti Azər Xəlilov tərəfindən fəxri fərmana layiq görülüb.
Teleqraf.com xəbər verir ki, Zaur Baxşəliyev İnstaqramda Azər Xəlilov ilə fotosunu paylaşaraq bu sözləri qeyd edib:
"Əsl televiziyaçı, əsl ziyalı, əsl insan Azər müəllim, zəhmətimizə verdiyiniz dəyərə görə minnətdaram. Səni anlayanın yanında olacaqsan. Bizi anladığınıza, həssas dönəmlərdə verdiyiniz stimul və dəstəyə görə sizə təşəkkür edirik. Bilirsiniz dostlar, hərdən görürəm ki, yazırlar "Zaur bunu etdi", "Zaur onu etdi" və s. Bunları mən etmirəm, etdirən Allah var".