Son zamanlar efirlərin sevimli simasına çevrilən gənc müğənni Fərid Quliyev yeni “Bəyaz gəlin” adlı mahnısına çəkilən klipini təqdim edib.

Teleqraf.com xəbər verir ki, sözləri Aydın Arslana, musiqisi Məhəmməd Sabiroğluna, aranjemanı isə Fərid Kərimliyə məxsusdur. Mahnıya ekran həyatını rejissor Nail Naiboğlu verib.

Klipdə müğənni evlənir. O, toy günü ağ gəlinlikdə olan gəlinə- tərəf-müqabilinə mahnı oxuyur.

Bundan əvvəl bir neçə mahnısı (Nadir Əzimovun “Təki sən çağır”, Tunar Rəhmanoğlunun “İlk eşqim”) və klipləri ilə dinləyicilərin sevimlisinə çevrilən Fərid, vaxtilə ATV-də yayımlanan “Yeni ulduz” yarışmasının finalçılarındandır.

Qeyd edək ki, F.Quliyev əməkdar artist Razi Şükürovun bacısı oğludur.

Aytən Həsənova