BAKI, 25 avqust. TELEQRAF

Bu gün avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Beləliklə, Dövlət Sosial Müdafiə Fondu bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.

Qeyd edilib ki, bundan əvvəl avqustun 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, avqustun 21-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin avqust ayı üzrə pensiyaları ödənilib