BAKI, 25 avqust. TELEQRAF
Azərbaycanda son 3 ilin statistikasına əsasən, ana ölümlərinin sayında davamlı azalma qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ildə 26 ana ölümü qeydə alınıb. 2024-cü ildə bu say 29, 2023-cü ildə isə 33 olub.
Qeyd edək ki, sözügedən statistika yalnız hamiləlik, doğuş və zahılıq (doğuşdan sonrakı 42 gün) dövründə baş verən ölüm hallarını əhatə edir.