BAKI, 8 iyul. TELEQRAF
Azərbaycan və Türkmənistan arasında iqtisadi-ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, su infrastrukturu və digər prioritet istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutan protokol imzalanıb.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında qeyd edib.
"Türkmənistana işgüzar səfərimiz çərçivəsində bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədri Nökərqulı Ataqulıyevlə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak etdik. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ixrac marşrutlarının şaxələndirilməsi məqsədilə ikitərəfli Biznes Şurasının yaradılması təşəbbüsünü vurğuladı," - deyə nazir bildirib.