BAKI, 7 iyul. TELEQRAF
2026-cı ilin yanvar – iyun aylarında Naxçıvan Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 118,3 milyon manatdan çox vergi daxil olub. Bu da ötən ilin eyni dövrünə nisbətən 2,2% və ya 2,5 milyon manat çoxdur.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, qeyri-dövlət sektorundan daxilolmalar 84,4 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 8,4% və ya 6,6 milyon manat artıb.
Ödənilən vergilərin 71,4%-i qeyri-dövlət sektorunun, 28,6%-i isə dövlət sektorunun payına düşüb.
2026-cı ilin yanvar – iyun aylarında Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4% artaraq 2,4 milyon manata yaxın olub.