BAKI, 7 iyul. TELEQRAF
İyulun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,2% artaraq 887.129 təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata əsasən, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı isə 5,1% artaraq 61.368 təşkil edib. Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4 faiz artıb və 242.208 olub.