BAKI, 6 may. TELEQRAF

2026-cı ilin yanvar-mart ayları ərzində Azərbaycanda keçirilən elektron satınalmalar ötən ilin eyni dövrü ilə müqayisədə say üzrə 3,8%, məbləğ üzrə isə 9,4% artıb.

Teleqraf xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, hesabat dövrü ərzində açılışı baş tutan müsabiqələr üzrə orta iştirakçı sayı 3,9 olub.