BAKI, 6 may. TELEQRAF

2026-cı və 2027-ci illərdə cari əməliyyatların profisiti müvafiq olaraq 5.5 və 4.4 milyard ABŞ dolları ətrafında olacağı proqnozlaşdırılır. Bunun başlıca səbəbi Mərkəzi Bank tərəfindən 1 barel neftin və 1000 kub metr qazın orta illik qiymətinin yuxarı doğru reviziyasıdır.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri barədə qərarın açıqlanmasın dair mətbuat konfransında deyib.

O qeyd edib ki, 2026-cı ildə neftin orta illik qiymətinin 84.5 dollar olacağı proqnozlaşdırılır. 1000 kub qazın qiymətinin isə 324 dollar olacağı gözlənilir. Bu göstəricilər 2027-ci il üçün 74.5 və 290 dollar səviyyəsində olacağı proqnolaşdırlır.