BAKI, 6 may. TELEQRAF

Azərbaycanın strateji valyuta ehtiyatları cari ilin ilk 4 ayında 2.9 milyard ABŞ dolları və ya 3.4% artaraq 87.9 milyard dollara çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri barədə qərarın açıqlanmasın dair mətbuat konfransında deyib.

Mərkəzi Bankın da ehtiyatları 12.7 milyard ABŞ dolları səviyyəsində formalaşıb. Tədiyə balansının statistikasına əsasən, Azərbaycanın strateji valyuta ehtiyatları 38 aylıq idxal eiləcək mal və xidmətlərin ödənilməsinə kifayət edir. Yəni, ölkəmizdə valyuta gəlirlərinin olmadığı şəraitdə, bizim strateji valyuta ehtiyatlarımız 38 aylıq mal və xidmətlərin idxalına dəstək verir.