BAKI, 6 may. TELEQRAF
2026-cı ilin sonuna illik inflyasiya 5.9% proqnozlaşdırılıb. Bu fevral proqnozları ilə müqayisədə 0.4 faiz bəndi yuxarı doğru reviziya deməkdir.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri barədə qərarın açıqlanmasın dair mətbuat konfransında deyib.
O əlavə edib ki, 2027-ci ildə illik inflyasiyanın 4.5% olacağı gözlənilir, bu isə fevral ilə müqayisədə 0.5 faiz bəndi yuxarı doğru reviziyadır. Yuxarı reviziyanın Yaxın Şərqdə hərbi münaqişənin denya əmtəə qiymətlərinə təsiri ilə bağlıdır.