BAKI, 6 may. TELEQRAF
Aprel ayında keçirilən valyuta hərraclarında bankların tələbi əhəmiyyətli şəkildə azalıb.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, bu azalma nəticəsində valyuta bazarında təklif artıqlığı yaranıb.
Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib. Cari ilin 4 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 10.2% artaraq 12.7 mlrd. ABŞ dollarına çatıb.