BAKI, 6 may. TELEQRAF

İllik inflyasiya hədəf daxilində qalır.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, 2026-ci ilin martında 12 aylıq inflyasiya 5.6% təşkil edib.

“İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.5%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.7% olub. İllik baza inflyasiya 5.5% təşkil edib,” - deyə qurumdan bildirilib.

Baza ssenarisinə əsasən, cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. Belə ki, baza ssenarisi üzrə may proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5.9%, 2027-ci ildə isə 4.5% olacağı gözlənilir.