BAKI, 5 may. TELEQRAF

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus 1, 2 və 3 nömrəli “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-lər ləğv olunduqlarını elan edib.

Teleqraf xəbər verir ki, 150 min manatlıq nizamnamə kapitalına sahib olan “1 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin qanuni təmsilçisi Əli Hünbətovdur.

90 min manat kapitala sahib olan “2 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin qanuni təmsilçisi isə Səxavət Aslanovdur. Hər iki şirkət 2003-cü ildə dövlət qeydiyyatına alınıb.

2004-cü ildə dövlət qeydiyyatına alınan “3 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin isə nizamnamə kapitalı 130 min manat, qanuni təmsilçisi isə Ustubat Niftəliyevdir.

Qurumun hazırda dövlətə 1 399.55 manat vergi borcu mövcuddur.