BAKI, 2 sentyabr. TELEQRAF
Macarıstan Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını yenidən bloklayaraq, vahid bazara çıxış və sosial siyasətlə bağlı məsələlərin müzakirəsini dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə “Euractiv” mənbələrə istinadla məlumat yayıb.
Budapeşt ikinci və üçüncü danışıqlar klasterlərinin açılmasını təsdiqləməkdən imtina edib. Macarıstan tərəfi bunu Ukrayna hökumətinin əvvəlcə ölkədəki etnik macarların hüquqları ilə bağlı razılaşmanı yerinə yetirməli olduğu ilə əsaslandırıb. Danışıqların hər bir fəslinin açılması üçün Aİ-nin 27 üzv dövlətinin hamısının yekdil dəstəyi tələb olunur. Macarıstan analoji tələbləri iyul ayında da irəli sürmüşdü.