BAKI, 2 sentyabr. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələri ABŞ-nin Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, İraq və Küveytdəki hərbi bazalarına zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
SEPAH bildirib ki, Küveytdə yerləşən Əli əs-Salim bazasına hücum kombinə edilmiş şəkildə, raket və dronlardan istifadə edilməklə həyata keçirilib.