BAKI, 21 aprel. TELEQRAF

2026-cı ilin yanvar-fevral aylarında elektron satınalmalar nəticəsində dövlət büdcəsinə 99,5 milyon manat qənaət edilib. 2025-ci ildə bu məbləğ 45,8 milyon manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, qənaət edilən məbləğin ehtimal olunan qiymətdə xüsusi çəkisi 19,6% təşkil edib.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici üzrə 8,2 faiz bəndi artım müşahidə olunub.