BAKI, 21 aprel. TELEQRAF
Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol İran, ABŞ və İsrail arasında münaqişə səbəbindən tarixdə ən ciddi enerji böhranının yaşandığı barədə xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, o problemin miqyasının neft böhranı və Rusiyadan qaz tədarükü ilə bağlı məhdudiyyətlərin fonunda daha da genişləndiyini bildirib.
Xatırladaq ki, Yaxın Şərqdə müharibə nəticəsində Hörmüz boğazı üzərindən dəniz daşımaları dayandırılıb. Dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə biri məhz bu boğazdan keçir.
Vəziyyət, həmçinin Rusiya-Ukrayna münaqişəsi nəticəsində ağırlaşıb. Bu münaqişə Rusiyanın Avropaya qaz tədarükünün dayandırılmasına səbəb olub.
Ayın əvvəlində Birol mövcud vəziyyəti 1973, 1979 və 2022-ci illərdə baş vermiş enerji böhranları ilə müqayisə edərək hazırkı şəraitin daha mürəkkəb olduğunu vurğulayıb.