BAKI, 20 aprel. TELEQRAF
2026-cı ilin yanvar-fevral ayları ərzində elektron satınalmalar ötən ilin analoji dövrü ilə müqayisədə say üzrə 11,1%, məbləğ üzrə isə 13,9% artıb.
Teleqraf xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, cari ilin ilk iki ayında 407,1 milyon manat məbləğində 783 satınalma qeydə alınıb.
Hesabat dövrü ərzində açılışı baş tutan müsabiqələr üzrə orta iştirakçı sayı 3,9 olub.