BAKI, 9 aprel. TELEQRAF

ABŞ və İran arasında atəşkəs razılaşmasına baxmayaraq, artan qeyri-sabitlik fonunda buğdanın fyuçersləri yüksəlib.

Teleqraf xəbər verir ki, İsrailin Livana hücumları ilə bağlı ABŞ və İran arasında fikir ayrılıqları razılaşmanı təhlükə altına qoyub. Bu da təchizat zəncirində fasilələrə, qiymətlərin artmasına səbəb ola bilər.

Buğda fyuçersləri 0,7% artaraq itkiləri qismən kompensasiya edib. Sinqapurda saat 12:31-ə olan məlumata görə, buğdanın qiyməti 0,7% artaraq buşel üçün 5,84 dollara çatıb. Qarğıdalının qiyməti 0,3% artaraq buşel üçün 4,485 dollara çatıb.Soya qiymətləri dəyişməz qalıb. Analitiklər ABŞ Kənd Təsərrüfatı Nazirliyinin son hesabatının cümə günü açıqlanacağını və buğda ehtiyatlarında azalması yönündə göstəricilərin irəli sürüləcəyini proqnozlaşdırırlar.