BAKI, 9 aprel. TELEQRAF

Mərkəzi Bankın balansında olan torpaq sahələri mayın 14-də hərraca çıxarılacaq.

Teleqraf xəbər verir ki, hərraca Oğuz, Neftçala və Xaçmaz rayonlarında torpaq sahələri daxil olacaq.

Start qiymətləri 106 640 manatdan başlayaraq 2 milyon 688 min 237 manata qədərdir. Hər bir lot üçün iştirakçılardan 5% beh tələb olunur.