BAKI, 9 aprel. TELEQRAF

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aprelin 7-də keçirilən hərracda 21 nəqliyyat vasitəsi satılıb.

Bu barədə Teleqraf-a Xidmətdən məlumat verilib.

Bildirilib ki, cari ay üzrə növbəti hərraclar 14, 21 və 28 aprel tarixlərində keçiriləcək. Ümumilikdə hərraclara 3 obyekt və 102 nəqliyyat vasitəsi çıxarılıb. Daşınmaz əmlaklar Bakı, Sumqayıt və Şəki şəhərlərində yerləşir.