BAKI, 8 aprel. TELEQRAF

Metronun “28 May” və “Nizami” stansiyalarının bağlanmasından sonra bu istiqamətdə yerüstü nəqliyyat vasitəsi ilə sərnişinlərə xidmət göstərəcək nəqliyyat vasitələrinin ödənişsiz olması müzakirə edilir.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini Məmməd Rzayev məlumat verib.

O qeyd edib ki, bununla bağlı müvafiq qurumlar arasında müzakirələr davam etdirilir.

“Bu məsələ yalnız metronun səlahiyyətində deyil, işlər aidiyyəti qurumlarla kompleks şəkildə həyata keçirilir. Tunel bağlı olduqda avtobuslar yalnız “Nizami” və “28 May” stansiyaları arasında deyil, ətraf ərazilərə də vətəndaşları daşıyacaq. Bütün bunlar öncədən ictimaiyyətə elan ediləcək”.