BAKI, 8 aprel. TELEQRAF
"Bakı Metropoliteni"nin Bənövşəyi xətti üzrə inşa edilən "B-04" metrostansiyasının ilin sonunadək istismara verilməsi planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarəedilməsi departamentinin rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, "B-04" stansiyası üzrə tikinti işləri planlaşdırılandan daha sürətlə davam edir. İşlərin ilin sonunadək tamamlanaraq stansiyanın istismara verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Cəlil Məmmədquluzadə küçəsində — Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxana arasındakı ərazidə yerləşən “B-04” stansiyası Bənövşəyi xəttin 4-cü yeraltı, ümumilikdə isə 5-ci stansiyası olacaq.