BAKI, 7 aprel. TELEQRAF
Azərbaycanda yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 8,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb.
Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, 2026-cı ilin yanvar-mart ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 8 milyon 428,1 min manat təşkil edib.