BAKI, 7 aprel. TELEQRAF

2026-cı ilin birinci rübündə Bakı Limanı 423 124 ton səpkili yük (karbamid, kükürd) aşırıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) Teleqraf-a verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə təqribən 46% çoxdur.

Eyni zamanda, bu ilin martında limanda 162 min ton səpkili yük aşırılıb. Bu, ötən ilin martında qeydə alınan göstəricidən 94% çoxdur, həmçinin aşırılmış səpkili yüklər üzrə aylıq rekord nəticədir.

Bundan başqa, martda Bakı Limanının Ümumi yüklər terminalında 78 gəmi yanaşmaşı olub ki, bu da öz növbəsində rekord göstəricidir.