“İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi Qaydaları” təsdiqlənib.
Teleqraf xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.
İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan texniki tənzimləmənin şamil olunduğu mallara qarşı nəzarət tədbirləri Qanunun tələbləri nəzərə alınmaqla, bu Qaydalara uyğun olaraq Azərbaycan
Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Sahibkarlıq sahəsində aparılan yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğun olaraq həyata keçirilir.