BAKI, 6 aprel. TELEQRAF

2026-cı ilin yanvar-mart aylarında yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) vasitəsilə qeydə alınan dövriyyə 7 milyard 49,5 milyon manat olub.

Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,8% çoxdur. İndiyədək ölkə ərazisində 112.219 ədəd belə NKA quraşdırılıb.