BAKI, 6 aprel. TELEQRAF

2026-cı ilin yanvar-fevral aylarında Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 27,4 milyon ABŞ dollar dəyərində qeyri-neft məhsulu ixrac edib.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın sayında qeyd olunub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 61.1% azalma deməkdir. İdarə 2025-ci ilin yanvar-fevralında 70,4 milyon dollarlıq məhsul ixrac etmişdi.

“Socar Polymer” MMC isə hesabat dövründə 35,7 milyon dollarlıq qeyri-neft ixracı reallaşdırıb. Ötən ilə müqayisədə bu göstərici 17.8% artıb.