BAKI, 2 sentyabr. TELEQRAF
Avropa Komissiyası Ukraynadan hava hücumundan müdafiə (HHM) sistemlərinin, o cümlədən müasir "Patriot PAC-3" komplekslərinin gücləndirilməsi üçün bir neçə milyard avro məbləğində yeni maliyyələşmə sorğusu alıb.
Teleqraf "Deutsche Welle" nəşrinə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Brüsseldə NATO-nun baş katibi Mark Rutte ilə görüşündən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
"Bu gün mən vəsaitlərin ödənilməsi ilə bağlı yeni sorğu aldığımızı təsdiqləyə bilərəm. Söhbət Ukraynanın HHM sahəsindəki ehtiyaclarını əhatə etməli olan milyardlarla avrodan gedir".
O, sorğunun hazırda Aİ ölkələri tərəfindən nəzərdən keçirildiyini və prosesin düzgün istiqamətdə getdiyini əlavə edib.