BAKI, 12 mart. TELEQRAF
“Sima” biometrik rəqamsal imzadan 4 milyondan çox vətəndaş istifadə edir. Etibarlı rəqəmsal identifikasiya və məlumat müdafiəsi mexanizmləri eyni zamanda elektron ticarət mövcudunun sağlam inşafının əsas hissəsin təşkil edir.
Teleqraf xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda forumda deyib.
O bildirib ki, hazırda “mygov” platforması vasitəsilə 400-dən artıq rəqəmsal xidmət təqdim edilir:
“Platforma cəmi bir il ərzində 1,3 milyon yeni istifadəçi cəlb edib. Bu ilin yanvar ayında isə ümumi istifadəçi sayı 2,5 milyona çatdırılıb. Bu dinamika platforma üzrə real tələbin göstəricisidir. Eyni zamanda xidmət mərkəzlərinə edilən fiziki müraciətlərin 10%-i heç bir yerə getmədən birbaşa mobil telefon üzərindən həyata keçirilir”.